- Köhnə - Siyasət
- 31 Avqust 2017 22:14
- 5 213
ABŞ-dan Rusiyaya qarşı növbəti addım - Baş konsulluq bağlansın!
Rəsmi Vaşinqton sentyabrın 2-dək Rusiyanın San-Fransiskodakı Baş Konsulluğunu, Vaşinqton və Nyu-Yorkdakı konsulluqlarını bağlamağı tələb edib.
AzNews.az RiaNovosti-yə istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Hizer Nauert məlumat yayıb.
ABŞ konsulluqların bağlanması üçün sentyabrın 2-nə qədər vaxt qoyub.
Rusiya XİN rəhbəri Sergey Lavrov ABŞ dövlət katibi Reks Tillersonla baş verən insidenti müzakirə edib. Onun sözlərinə görə, rəsmi Moskva ABŞ-ın bu xəbərdarlığına tezliklə reaksiya bildirəcək.
Rusiyanın San-Fransiskodakı baş konsulu Serqey Petrov bildirdi ki, konsulluq Rusiya XİN-nin verəcəyi qərarı yerinə yetirəcək.