- Köhnə - Siyasət
- 4 Sentyabr 2017 17:16
- 4 957
Zakir Həsənovun Polşaya səfəri başlayıb
Sentyabrın 4-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Polşanın milli müdafiə naziri Antoni Maçereviçin dəvəti ilə Varşava şəhərinə yola düşüb.
AzNews.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, səfər çərçivəsində general-polkovnik Z. Həsənovun Polşanın milli müdafiə naziri ilə ikitərəfli formatda görüşü, Beynəlxalq Müdafiə Sənayesi sərgisində iştirakı və digər tədbirləri planlaşdırılır.
AzNews.az