- Köhnə - Siyasət
- 4 Sentyabr 2017 19:38
- 3 764
Azərbaycan, Rusiya və Ermənistan dini liderləri Moskvada görüşəcəklər
Sentyabrın 8-də Moskvada Azərbaycan, Rusiya və Ermənistan dini liderlərinin üçtərəfli görüşü keçiriləcək. Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yolları müzakirə olunacaq.
AzNews.az Azərtac-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Moskvanın və bütün Rusiyanın patriarxı Kirillin mətbuat katibi Aleksandr Volkov məlumat verib.
Görüş Müqəddəs Danil monastırında keçiriləcək.
A.Volkov vurğulayıb ki, din xadimlərinin və dindarların səyləri regionda vəziyyətin yaxşılaşmasına kömək edir.