- Köhnə - Siyasət
- 5 Sentyabr 2017 21:26
- 3 385
Azərbaycan və Polşa müdafiə nazirləri görüşdü
Polşa Respublikasına səfəri çərçivəsində müdafiə naziri general-polkovnik Zakir Həsənov sentyabrın 5-də bu ölkənin milli müdafiə naziri Antoni Maçereviçlə görüşüb.
AzNews.az Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, görüşdə ölkələrimiz arasında hərbi, hərbi təhsil, hərbi texniki sahələrdə əməkdaşlığın gələcək perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.
Regiondakı və beynəlxalq hərbi-siyasi vəziyyətə toxunan tərəflər bölgədə və dünyada sabitliyin təmin olunmasının əhəmiyyətini vurğulayaraq sıx əməkdaşlığın ölkələrimizin təhlükəsizliyinə və inkişafına töhfə verəcəyini xüsusi qeyd ediblər.