- Köhnə - Siyasət
- 6 Sentyabr 2017 11:51
- 2 855
Elmar Məmmədyarovla Mövlud Çavuşoğlu arasında görüş keçirilir
Bakıda Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu arasında görüş keçirilir.
AzNews.az “APA”ya istinadən xəbər verir ki, görüş Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin 6-cı üçtərəfli görüşü çərçivəsində baş tutub.
Qeyd edək ki, 6-cı üçtərəfli görüşdə əvvəlki görüşlərdə qəbul olunmuş qərarlar nəzərdən keçiriləcək, 3 ölkənin iştirakı ilə regional əməkdaşlıq məsələləri müzakirə olunacaq və sonda “2017-2019-cu illərdə üçtərəfli əməkdaşlıq planı” imzalanacaq.
AzNews.az