Küveyt Əmiri Ağ Evdə

Küveyt Əmiri Şeyx Sabah Əl-Əhməd Əl-Sabah ABŞ prezidenti Donal Trampla görüşmək üçün Ağ Evə gedib.

AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, Şeyx Sabahı Tramp qarşılayıb. Tramp Küveyt Əmirini Ağ Evdə görməsindən duyduğu məmnuniyyəti dilə gətirərək, iki ölkənin uzun müddətli bir əlaqəsi olduğunu bildirib. ABŞ-ın prezidenti Şeyx Sabah ilə Qətər və digər Ərəb ölkələriylə əlaqələri müzakirə edəcəklərini qeyd edib.

Şeyx Sabah dəvətinə görə Trampa minnətdarlığını bildirərək Küveyt və ABŞ münasibətlərinin yaxşı olduğunu dilə gətirib. ABŞ-dan daha çox hərbi texnika aldıqlarını ifadə edən Sabah, son aylarda Birləşmiş Ştatlarla əlaqələrin daha da gücləndiyini və bundan qürur duyduğunu bildirib.