- Köhnə - Siyasət
- 8 Sentyabr 2017 20:04
- 8 202
Azərbaycan hökuməti Myanma müsəlmanlarına humanitar yardım göndərib - 100 ton (Foto)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişinə əsasən, Myanmada Rohingya müsəlmanlarına qarşı davam edən kütləvi zorakılıq zəminində əziyyət çəkən insanlara kömək göstərmək məqsədilə Azərbaycan hökuməti tərəfindən 100 ton humanitar yardım göndərilib.
AzNews.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər və Fövqəladə Hallar nazirliklərinin yaydığı birgə məlumatda bildirilir.
Humanitar yardım “SilkWay” aviaşirkəti vasitəsilə Rohingya müsəlmanlarının müvəqqəti sığınacaq tapdığı Banqladeşə göndərilib.
Göndərilən humanitar yardıma gündəlik tələbat malları və ərzaq məhsulları daxildir.