Ərdoğanla Tramp görüşəcək

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ prezidenti Donald Tramp arasında telefon danışığı olub.

AzNews.az xəbər verir ki, telefon danışığı zamanı hər iki lider Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində görüşəcəklərini bildirib.

Türkiyə ilə ABŞ arasındakı strateji tərəfdaşlığa diqqəti çəkən tərəflər, ikitərəfli münasibətlərin daha da gücləndirilməsi və regiondakı sabitliyin artırılması üçün birlikdə işləməyə davam etmənin vacibliyini vurğulayıblar.