İlham Əliyev Astanada Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü ilə görüşdü - Yenilənib (Foto)

Bu gün Azərbaycan prezidenti İlham Əliyev Astanada Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Bakir İzetbeqoviç ilə görüşüb.

AzNews.az xəbər verir ki, görüşdə ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlıq əlaqələrinin uğurla inkişaf etdiyi vurğulanıb.

Söhbət zamanı ikitərəfli münasibətlərin hazırkı vəziyyəti və inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Eyni zamanda, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların indiki vəziyyəti və perspektivləri müzakirə olunub.

***

AzNews.az xəbər verir ki, bu barədə Azərbaycan prezidentinin mətbuat xidməti məlumat yayıb.