Azərbaycan Respublikasının Argentinadakı səfiri Rəşad Aslanov etimadnaməsini Boliviya Çoxmillətli Dövlətinin Prezidenti Evo Morales Aymaya təqdim edib. Azərbaycan Respublikasının Argentinadakı səfiri Rəşad Aslanov etimadnaməsini Boliviya Çoxmillətli Dövlətinin Prezidenti Evo Morales Aymaya təqdim edib.

Səfirimiz etimadnaməsini Boliviya Prezidentinə təqdim edib

Azərbaycan Respublikasının Argentinadakı səfiri Rəşad Aslanov etimadnaməsini Boliviya Çoxmillətli Dövlətinin Prezidenti Evo Morales Aymaya təqdim edib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a bildiriblər ki, mərasimdən sonra Azərbaycan səfiri ilə Boliviya Prezidenti arasında görüş olub.

Səfir R.Aslanov Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Boliviya Prezidentinə çatdırıb.

Prezident E.Morales də öz növbəsində onun salamlarının və ən xoş arzularının Azərbaycan Prezidentinə çatdırılmasını xahiş edib.

Azərbaycan səfiri Prezident E.Moralesə ölkəmiz haqqında ətraflı məlumat verib.

Görüşdə, həmçinin Azərbaycan ilə Boliviya arasında əməkdaşlığın müxtəlif sahələrdə inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Prezident E.Morales səfir R.Aslanova diplomatik fəaliyyətində uğurlar arzulayıb.