“Avropa İttifaqı Dağlıq Qarabağ münaqişənin həllində fəal iştirak etmir” - politoloq

“Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsinin həlli prosesini diqqətlə izləyir”.

AzNews.az xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Kestutis Yankauskas deyib.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyir ki, təəssüf ki, həm Avropa İitifaqı, həm də BMT bu məsələnin həllini ATƏT-ə yükləyiblər.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Sputnik Azərbaycan-a deyir ki, Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir: “Hətta Avropa Parlameti də bir neçə dəfə Azərbaycanın ərazini bütövlüyünü dəstəkləyən qətnamələr qəbul edib. Buna görə də Azərbaycan istəyərdi ki, Avropa İttifaqı münaqişənin həllində fəal iştirak etsin”.