- Köhnə - Siyasət
- 2 Noyabr 2017 13:30
- 4 392
Məmmədyarov həmsədrlərlə görüşəcək
"Noyabrın 16-da həmsədrlərə görüşəcəyəm".
AzNews.az APA-ya istinadən xəbər verir ki, bunu xarici işlər naziri Elmar Məmmədyarov Bakıda monteneqrolu həmkarı Srcan Darmanoviclə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.
Nazir bildirib ki, görüş Moskvada olacaq: "Ondan bir neçə gün əvvəl isə Ermənistan prezidenti və mənim erməni həmkarım Moskvada olacaq. Təklif oldu ki, üçtərəfli görüş olsun. Hələlik dəqiq olan odur ki, mən həmsədrlərlə Moskvada görüşəcəyəm".