İlham Əliyev Kamboca kralına məktub göndərib

Azərbaycan prezidenti İlham Əliyev Kamboca kralı Norodom Sihamoniyə məktub göndərib.

AzNews.az xəbər verir ki, dövlət başçısının məktubunda deyilir:

“Əlahəzrət, KambocaKrallığının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, möhkəm cansağlığı və xoşbəxtlik, dost Kamboca xalqına əmin-amanlıq və rifah diləyirəm”.