- Köhnə - Siyasət
- 10 Noyabr 2017 17:40
- 4 568
Deputatlarımız AŞPA-nın komitə iclasında iştirak edəcəklər
Milli Məclisin deputatları Müslüm Məmmədov və Vüsal Hüseynov Avropa Şurası Parlament Assambleyasının hüquqi məsələlər və insan hüquqları komitəsinin iclasında iştirak etmək üçün noyabrın 12-də Fransanın paytaxtı Parisə yola düşəcəklər.
Parlamentin mətbuat xidmətindən AzNews.az-a bildiriblər ki, tədbirdə Vəkillik haqqında Avropa Konvensiyası barədə, mütəşəkkil cinayətkarlığa qarşı mübarizə, insan hüquqlarının müdafiəsi sahəsində öhdəliklərin yerinə yetirilməsi, yeni məruzəçilərin təyin edilməsi ilə bağlı məsələlər müzakirə olunacaq.
Milli Məclisin deputatları müzakirəyə təqdim edilən məsələlər barədə fikirlərini açıqlayacaq, təkliflərini verəcəklər.