- Köhnə - Siyasət
- 11 Noyabr 2017 18:20
- 4 471
Aİ Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə sadiqdir
Avropa İttifaqı (Aİ) Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə sadiqdir.
AzNews.az xəbər verir ki, bu barədə Aİ-nin bəyanatında deyilir.
Bəyanatda bildirilir ki, Aİ ATƏT-in Minsk qrupunun regionun gələcəyi üçün vacib olan münaqişənin siyasi, ədalətli və dayanıqlı həll yolu axtarışına tam əminliyini bəyan edir və həmsədrlərin vasitəçilik fəaliyyətinə öz dəstəyini təsdiq edir.