- Köhnə - Siyasət
- 27 Noyabr 2017 13:28
- 3 626
Kosta Rikanın naziri Bakıya gələcək
Kosta Rika Respublikasının xarici işlər və etiqad naziri Manuel Gonzalez Sanz noyabrın 28-29-da Azərbaycan da səfərdə olacaq.
XİN-in mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, səfər çərçivəsində nazir Manuel Gonzalez Sanzın xarici işlər naziri Elmar Məmmədyarov və digər rəsmi şəxslərlə görüşü olacaq.
Eyni zamanda Kosta Rika Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin açılış mərasimində iştirakı planlaşdırılıb.