- Köhnə - Siyasət
- 28 Noyabr 2017 17:24
- 5 908
Prezident Sabirabada getdi
Bu gün Prezident İlham Əliyev Sabirabad rayonuna səfərə gedib.
AzNews.az xəbər verir ki, dövlət başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Sabirabad şəhərində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.
Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov rayonda görülən abadlıq-quruculuq işləri və həyata keçirilən sosial layihələr barədə Prezident İlham Əliyevə məlumat verib.