- Köhnə - Siyasət
- 28 Noyabr 2017 17:46
- 4 939
““Şərq Tərəfdaşlığı”nın yekun bəyannaməsində üzv ölkələrin ərazi bütövlüyü bir daha dəstəkləndi” - Prezident
“Ötən ilin aprelində Azərbaycan ordusunun qazandığı qələbə ərazi bütövlüyümüzə təminat verir. Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Bunu təsdiq edən mühüm faktlardan biri ermənilərin Qarabağa köçürülmələrinin 150 illiyi ilə bağlı 1978-ci ildə abidə ucaltmalarıdır”.
AzNews.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Tərtər rayonunda 1170 məcburi köçkün ailəsi üçün salınan yeni yaşayış kompleksində yaradılan şəraitlə tanışlıq zamanı deyib.
Dövlət başçısı bildirib ki, bununla bağlı tarixi həqiqətlər bütün dünyaya çatdırılıb: “Avropa İttifaqının Şərq Tərəfdaşlığı Sammitinin yekun Bəyannaməsində üzv ölkələrin suverenliyi, ərazi bütövlüyü bir daha təsdiqləndi və dəstəkləndi”.
“Tərtər rayonunda 1170 məcburi köçkün ailəsi üçün salınan yeni yaşayış kompleksində hər cür şərait yaradılıb. Məcburi köçkünlərin problemlərinin həlli dövlətin əsas vəzifələrindən biridir”, - deyə prezident qeyd edib.