Prezident İlham Əliyev Çili Respublikasının yeni seçilən Prezidenti Sebastian Pinyeraya təbrik məktubu ünvanlayıb. Prezident İlham Əliyev Çili Respublikasının yeni seçilən Prezidenti Sebastian Pinyeraya təbrik məktubu ünvanlayıb.

İlham Əliyev yeni prezidenti təbrik etdi

Prezident İlham Əliyev Çili Respublikasının yeni seçilən Prezidenti Sebastian Pinyeraya təbrik məktubu ünvanlayıb.

AzNews.az xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli cənab Pinyera, Çili Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Ümidvaram ki, yenidən dövlət başçısı kimi fəaliyyət göstərəcəyiniz qarşıdakı dövrdə Azərbaycan ilə Çili arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı yolunda birgə səylərimizi davam etdirəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Çili xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar diləyirəm".