Prezident İlham Əliyev Rauf Babayevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Prezident İlham Əliyev Rauf Babayevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Prezident deputatı ordenlə təltif etdi

Prezident İlham Əliyev Rauf Babayevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

AzNews.az-ın məlumatına görə, sərəncamda qeyd edilir ki, Azərbaycan musiqi mədəniyyətinin inkişafında xidmətlərinə görə Rauf Yusuf oğlu Babayev “Şöhrət” ordeni ilə təltif edilsin.

Dövlət başçısı Flora Qasımovanın “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Flora Qasım qızı Qasımova “Şöhrət” ordeni ilə təltif edilsin.

Prezident İlham Əliyev eyni zamanda Salxab Məmmədovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, Azərbaycanda rəssamlıq sənətinin inkişafında və təbliğində böyük xidmətlərinə görə Salxab İsa oğlu Məmmədov “Şərəf” ordeni ilə təltif edilsin.