- Köhnə - Siyasət
- 26 Yanvar 2018 11:12
- 5 664
“Green Card” viza lotereyası ləğv olunur - Tramp tezləşdirdi
ABŞ prezidenti Donald Tramp gələn həftə konqresə geniş miqrasiya siyasəti təqdim etməyə hazırlaşır.
AzNews.az xəbər verir ki, plana əsasən, Ağ Ev, hər il onlarla ölkədən yüz minlərlə insana ABŞ-da yaşamaq hüququ qazanmağa imkan verən yaşıl kart lotereyalarının tətbiqini ləğv etmək niyyətindədir.
ABŞ Xarici İşlər Nazirliyinin məlumatına görə 2013-2015 illərdə Türkiyədən Yaşıl Kart üçün müraciət edənlərin sayı 200 mindən çox olub.
2017-ci ilin noyabr ayında Tramp etdiyi çıxışında "Green Card" lotereyasını bitirmənin vaxtının çatdığını demişdi: "Biz yanlış insanları ölkəmizdə istəmirik, ölkələrini istəməyən insanlar bizə göndərilir. Təxmin edin bu istənməyən insanları alan saf ölkə hansıdır?" demişdi.