- Köhnə - Siyasət
- 27 Yanvar 2018 20:22
- 4 810
Çexiyada prezident seçkiləri - Zeman qalib oldu + Yenilənib
Bu gün Çexiyada prezident seçkilərinin ikinci turu keçirilib.
AzNews.az xəbər verir ki, Miloş Zeman Çexiyada keçirilən prezident seçkilərinin ikinci turunda liderlik edir. Bu barədə respublika statistika şöbəsindən bildirilib. Seçki məntəqələrinin 95% -nin nəticələrinin sayılmasından sonra, Miloş Zeman 52,26% səs toplayıb və onun rəqibi, 47,8% səs toplayan Çexiya Elmlər Akademiyasının sabiq prezidenti İrji Dragoşu geridə qoyub. Zemana 2.64 milyon nəfər, Dragoşa isə 2.42 milyon insan səs verib. Prezidentin inaqurasiya mərasimi 8 Martda keçiriləcək.
19:11
***
Bu gün Çexiyada keçirilən prezident seçkilərinin ikinci turu başa çatıb.
AzNews.az xəbər verir ki, seçki məntəqələrinin 99,8% -i hesablandıqdan sonra ikinci turda Zeman 51,45% səs toplayaraq, ( Ona 2,84 mln insan səs verib) qalib olub. Dragoş isə səslərin 48,54% -ni qazanıb, ona 2,68 milyon nəfər səs verib. Seçkilərdə təxminən 8,5 milyon qeydiyyatdan keçmiş seçicinin 66,58 faizi iştirak edib.