İlham Əliyev Şri-Lankanın prezidentinə məktub göndərdi

Prezident İlham Əliyev Şri-Lanka Demokratik Sosialist Respublikasının Prezidenti Zati-aliləri cənab Maytripala Sirisenaya məktub ünvanlayıb.

AzNews.az xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident,

Şri-Lanka Demokratik Sosialist Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Şri-Lanka xalqına əmin-amanlıq və rifah diləyirəm".