Fələstin İsraillə birbaşa danışıqlara hazırdır

"Fələstin İsraillə üçüncü tərəfin təşkil edəcəyi birbaşa danışıqlara hazırdır. Bunun üçün görüş neytral meydançada, ya Moskva, ya Soçidə keçirilə bilər."

AzNews.az RiaNovosti-yə istinadən xəbər verir ki, bu barədə Fələstin XİN rəhbəri Riyad əl-Maliki bildirib.

“Hesab etmirəm ki, bu cür danışıqlar Qüdsdə keçirilməlidir”, - deyə diplomat bildirib.

Riyad əl Maliki İsrail tərəfinə qeyd olunan variant üzərində düşünməyə və təklifi müsbət qəbul etməyə çağırıb.