- Köhnə - Siyasət
- 15 Fevral 2018 09:46
- 4 342
“Azərbaycan Almaniyanın mühüm, lakin yetərincə dəyərləndirilməmiş tərəfdaşıdır” - Bundestaq üzvü
Bundestaqın AfD fraksiyası Almaniya-Azərbaycan münasibətlərinin 25 illik yubileyi ilə bağlı Federal Hökumətə müfəssəl Kiçik Sorğu ünvanlayıb
Bununla bağlı Bundestaqın AfD fraksiyasının Cənubi Türinqendən olan deputatı, eləcə də Xarici Əlaqələr Komitəsinin üzvü Dr. Anton Frizen aşağıdakıları bildirir:
“Azərbaycan Almaniyanın mühüm, lakin unudulmuş və yetərincə dəyərləndirilməmiş tərəfdaşıdır. Bu səbəbdən mənim və Bundestaqın AfD fraksiyası üçün Azərbaycanla mövcud ikitərəfli xalqlararası münasibətləri layiqincə dəyərləndirmək xüsusi əhəmiyyət daşıyır.
Federal Hökumətin bizim Kiçik Sorğumuza cavabı bu əsnada Azərbaycanın Almaniya iqtisadiyyatı üçün artan əhəmiyyətini sübut edir. Son 25 ildə həm ixrac, həm də idxal yüksək səviyyədə inkişaf etmişdir. Xüsusilə xam neft idxalı 1999-cu ildən etibarən güclü şəkildə artmışdır. Bu alqışlanmalıdır. Belə ki, yalnız enerji mənbələrimizin şəxələndirilməsi nəticəsində ölkəmizin iqtisadi müstəqilliyi təmin edilə bilər. Xüsusilə, 1996-cı ildə etibarən azərbaycanlı tələbələrin Federativ Respublikada sayının daimi şəkildə artması faktı sevindiricidir. Məhz gənc insanların mübadiləsi ölkələrimiz arasında davamlı, pozitiv münasibətlərin təminatçısıdır.
Son 2 onillikdə münasibətlərin yaxşı inkişaf etməsinə baxmayaraq, ikitərəfli əməkdaşlıq potensialı hələ də tükənməmiş və geniş imkanlara malikdir. Ticarət maneələrinin aradan qaldırılması bu istiqamətdə ilkin addım olardı. Bundan əlavə Federal Hökumət öz səylərini, xüsusilə də humanitar yardımın edilməsi sahəsindəki səylərini gücləndilməlidir. Qərbdə böyük ölçüdə məlum olmayan Dağlıq Qarabağ münaqişəsi hələ də həll olunmamış qalır və hər bir zaman nəzarətdən çıxa bilər. Təəssüf ki, biz özümüzü buna kökləməli və buna hazır olmalıyıq.
Qeyd olunanlardan əlavə, mən xüsusilə xatırlanmalı hesab etdiyim mühüm bir məsələni vurğulamaq istəyirəm. Azərbaycan xristianlar və yəhudilər kimi dini azlıqların əmin-amanlıq şəraitində yaşadığı, əksəriyyətini müsəlmanlar təşkil edən azsaylı dünya ölkələrindən biridir. Dini azadlığın bu yüksək səviyyəsi qiymətləndilməyə layiq və həddən artıq sevindiricidir! Azərbaycan bu xüsusiyyətlə fəxr edə və bununla digər müsəlman ölkələrinə örnək ola bilər.
Azərbaycan geosiyasi cəhətdən mühüm olan Qafqaz regionunda etibarlı və strateji önəmli tərəfdaşdır. Bu ölkə Şərq-Qərb, Avropa və Asıya arasında körpüdür. Bu səbəbdən Almaniya-Azərbaycan münasibətlərinin inkişaf etdirilməsi qarşılıqlı maraq kəsb edir. Bunun üçün mən fraksiyam ilə birgə Bundestaqda fəaliyyətimi gücləndirəcəyəm.”