- Köhnə - Siyasət
- 15 Fevral 2018 11:03
- 4 360
Milli Məclisin növbəti iclası - Gündəlikdə duran məsələlər
Milli Məclisin fevralın 23-də keçiriləcək plenar iclasının gündəliyi açıqlanıb.
AzNews.az xəbər verir ki, iclasın gündəliyinə 18 məsələ daxildir.
Bunlar “Patent haqqında”, “Əmtəə nişanları və coğrafi göstəriciləri haqqında”, "Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında”, "Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında”, "Dövlət rüsumu haqqında”, “Baytarlıq haqqında”, “Fitosanitar nəzarəti haqqında”, “Yeyinti məhsulları haqqında”, “Standartlaşdırma haqqında”, "Sanitariya-epidemioloji salamatlıq haqqında”, “Yol hərəkəti haqqında” və.s qanunları, o cümlədən Miqrasiya, İnzibati Xətalar məcəllələrinə dəyişiklik layihələridir.
Bundan başqa, deputatlar yeni hazırlanan “Texniki təmizləmə haqqında” qanun layihəsini də müzakirə edəcəklər.