- Köhnə - Siyasət
- 22 Fevral 2018 13:35
- 2 106
Zakir Həsənov Minskə getdi
Müdafiə naziri, general-polkovnik Zakir Həsənov bu gün Belarus Respublikasının paytaxtı Minsk şəhərinə səfərə gedib.
MN-dən AzNews.az-a verilən məlumata görə, belaruslu həmkarı, general-leytenant Andrey Ravkovun dəvəti ilə həyata keçirilən səfər çərçivəsində Azərbaycanın müdafiə nazirinin Belarus Silahlı Qüvvələrinin yaradılmasının 100 illiyinə həsr olunan təntənəli mərasimdə iştirakı, eləcə də bu ölkənin hərbi-siyasi və digər dövlət strukturlarının rəhbərləri ilə görüşləri planlaşdırılır.
Bundan əlavə, Z. Həsənovun Belarusun hərbi sənaye kompleksinə daxil olan müəssisələri ziyarət etməsi də nəzərdə tutulub.