- Köhnə - Siyasət
- 2 Mart 2018 15:39
- 3 844
Kommunistlər də seçki qərarı verəcək
Martın 4-də Azərbaycan Kommunist Partiyasının (AKP) Plenum iclası keçiriləcək. Partiya iclasda növbədənkənar seçkilərlə bağlı yekun qərar verəcək.
Bu barədə AKP-nin sədri Rauf Qurbanov Modern.az saytına açıqlama verib:
“Mərkəzi Komitənin plenum iclası olacaq. Artıq bununla əlaqədar müavinim bir az olar mənə məlumat verib. Plenum üzvlərinə deyilib və ayın 4-ü iclasda iştirak edəcəklər.
O cümlədən dairə, məntəqə və mərkəzi seçki komissiyalarına müşahidəçi qismində verəcəyimiz yoldaşların siyahısı plenumda təsdiq ediləcək. Martın 4-dən sonra növbədənkənar seçkilərlə bağlı yekun qərarı mətbuatla bölüşəcəyik”.
Qeyd edək ki, aprelin 11-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək.
AzNews.az