- Köhnə - Siyasət
- 3 Mart 2018 09:46
- 5 316
Belarus prezidenti Azərbaycan prezidentinə başsağlığı verib
Belarus prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Bakıdakı Respublika Narkoloji Mərkəzində baş verən yanğınla bağlı başsağlığı verib.
AzNews.az xəbər verir ki, bu barədə Belarus prezidentinin saytı məlumat yayıb.
Belarusun dövlət başçısı Azərbaycan xalqının dərdinə şərik olduğunu bildirərək xəsarət alanlara şəfa diləyib.
Qeyd edək ki, 2018-ci il martın 2-də, saat 06.10-da Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzinin birmərtəbəli korpusunda yanğın baş verib.
Operativ surətdə həyata keçirilmiş tədbirlərlə korpusda olan 55 nəfərdən 30-u xilas edilib, onlardan 3-ü Səhiyyə Nazirliyinin Respublika Toksikologiya Mərkəzinə yerləşdirilib.
Saat 08.30-da yanğın söndürülüb, hadisə yerinin müayinəsi zamanı 25 nəfərin meyiti aşkar edilib(report).