Ölkəmizin ədliyyə və məhkəmə sistemində aparılan mütərəqqi islahatlar beynəlxalq qurumlar tərəfindən təqdir olunur. Ölkəmizin ədliyyə və məhkəmə sistemində aparılan mütərəqqi islahatlar beynəlxalq qurumlar tərəfindən təqdir olunur.

Beynəlxalq qurumlar ölkəmizdə ədliyyə və məhkəmə sistemindəki islahatları təqdir edirlər

Ölkəmizin ədliyyə və məhkəmə sistemində aparılan mütərəqqi islahatlar beynəlxalq qurumlar tərəfindən təqdir olunur.

Avropa Şurası, Dünya Bankı və digər nüfuzlu beynəlxalq təşkilatlar bu islahatlara yüksək qiymət verərək, Azərbatcanın əldə etdiyi nəticələri Avropa dövlətlərinə qabaqcıl nümunə kimi tövsiyə edirlər. Ötən il məhkəmə sistemindəki nailiyyətlərinə görə ölkəmiz Avropa Şurasının “Ədliyyənin Kristal Tərəzisi” müsabiqəsinin mükafatçısı olub. Dünya Bankı ölkəmizdə ədliyyə sahəsində həyata keçirilən layihəni ən uğurlu kimi qiymətləndirərək müasir məhkəmə infrastrukturunun yaradılması və vətəndaşlara keyfiyyətli xidmətlərin göstərilməsi sahəsində innovasiyalara görə nominasiyaların qalibi elan edib.

AzNews.az xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikası Ümumi Məhkəmə Hakimləri İctimai Birliyinin (Assosiasiyasının) martın 3-də keçirilən ümumi yığıncağında səslənib.

Yığıncaqda Azərbaycan Respublikası Ümumi Məhkəmə Hakimləri İctimai Birliyinin (Assosiasiyasının) illik hesabatı dinlənilib. Birliyin sədri, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin sədri Ələddin Cəfərov məruzə ilə çıxış edərək Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin sabit inkişafından, müxtəlif sahələrdə qazanılan uğurlardan danışıb, dövlətimizin başçısının tapşırıq və tövsiyələrinə uyğun aparılan genişmiqyaslı məhkəmə-hüquq islahatlarının müsbət nəticələrini qeyd edib. Assosiasiyasının sədri Azərbaycanda cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı qanunvericiliyə edilən dəyişiklikləri, cəzaların icrası üzrə idarəetmənin və praktiki fəaliyyətin təkmilləşdirilməsi sahəsində görülən işləri, bu günlərdə isə vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında dövlətimizim başçısının imzaladığı sərəncamın əhəmiyyətini vurğulayıb.

Tədbirdə, həmçinin təşkilat məsələlərə baxılıb, İctimai Birliyin icra orqanlarının seçkiləri keçirilib.

Yığıncaqda məruzələrlə və məhkəmə fəaliyyətinin aktual məsələləri ətrafında səmərəli müzakirələrlə davam edir(azərtac).