““Ziyalılar Forumunun üzvüsənsə bu imzanı hökmən atmalısan” yanaşması yanlışdır” ““Ziyalılar Forumunun üzvüsənsə bu imzanı hökmən atmalısan” yanaşması yanlışdır”

Gültəkin Hacıbəyli ACP-nin ittihamına cavab verdi

““Ziyalılar Forumunun üzvüsənsə bu imzanı hökmən atmalısan” yanaşması yanlışdır”



"Hesab edirik ki, siyasi mənsubiyyətindən asılı olmayaraq Konstiyusiyanın verdiyi hər bir hüququ sona qədər qorumaq lazımdır. İstər Rəsul Quliyev, istər başqa bir insan olsun, hər bir Azərbaycan vətəndaşının hüquqları qorunmalıdır"

Bunu Gültəkin Hacıbəyli AzNews.az-a açıqlamasında ACP funksioneri Zəminə Dünyamalıyevanın eks-spiker Rəsul Quliyevin ölkəyə qayıtması məsələsində ziyalıların tutduğu mövqeyə ittihamına cavab olaraq bildirib. O qeyd edib ki, təmsil etdiyi qurum hər bir vətəndaşın hüquqlarının qorunması tərəfdarı olmaqla, həm də hər bir vətəndaşın öz vətənində yaşaması, normal fəaliyyət göstərməsini istəyir:

"Biz əsla Rəsul Quliyevin vətəninə qayıtmasına qarşı deyilik və hər bir vətəndaş kimi onun da hüququnu dəstəkləyirik. Hesab edirik ki, əgər kiminsə hüquqları pozulursa, bu haqsızlıqdır. Ancaq o da həqiqətdir ki, hər bir insanın siyasi simpatiyası da, siyasi mövqeyi ola bilər. Bu o demək deyil ki, hər bir insan hər bir məsələyə münasibət bildirməlidir. Bizim Forumun sədri Rüstəm İbrahimbəyov və üzvlərimizin əksəriyyəti Rəsul Quliyevin ölkəyə qayıtması barədə müraciətə imza atıb. "Ziyalılar Forumunun üzvüsənsə bu imzanı hökmən atmalısan" yanaşması isə yanlışdır, qeyri-demokratik yanaşmadır, buna görə insanlara qarşı ittihamlar irəli sürmək düzgün deyil"

Gültəkin
AzNews.az