ATƏT Parlament Assambleyası Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə edəcək. ATƏT Parlament Assambleyası Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə edəcək.

ATƏT PA Azərbaycanda prezident seçkilərini izləyəcək

ATƏT Parlament Assambleyası Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə edəcək.

AzNews.az xəbər verir ki, bunu APA-ya açıqlamasında ATƏT PA prezidenti Georgi Tsereteli deyib.

O bildirib ki, bu məqsədlə portuqaliyalı deputat Nilza Sena xüsusi koordinator təyin olunub: "Bu, qısamüddətli missiyadır. Onlar səsvermə günündən 3-4 gün qabaq gələcəklər. Sayını dəqiq bilmirəm, 15-16 nəfər olmalıdır".

Qeyd edək ki, Azərbaycanda prezident seçkiləri aprelin 11-də keçiriləcək.