- Köhnə - Siyasət
- 26 Mart 2018 14:39
- 4 555
Niderlandda “Səssiz yürüş”... - Fotolar
Niderland Krallığının Rotterdam şəhərində Avropa Azərbaycanlıları Konqresinin (AAK) ve Benilüks Azərbaycanlıları Konqresinin (BAK) təşkilatçılığı ilə Azərbaycanlıların Soyqırımı Gününə həsr edilən “Səssiz yürüş” aksiyası keçirilib.
AAK-dan APA-ya verilən məlumata görə, bu il erməni terrorçularının azərbaycanlılara qarşı törətdiyi soyqırımının 100 illiyi ilə əlaqədar Benilüks ölkələrində də silsilə tədbirlər təşkil olunur.
Rotterdam şəhərində keçirilən aksiyaya Niderland Krallığında fəaliyyət göstərən türk, Latviya, Litva, Estoniya, İraq türkmənlərinin diaspor təşkilatları da yaxından dəstək verib. Aksiya istirakçıları təkcə erməni terrorçularına yox, eyni zamanda onlara dəstək verən bəzi Avropa dövlətlərinə də etirazlarını bildiriblər.
AzNews.az