- Köhnə - Siyasət
- 26 Mart 2018 16:20
- 3 448
Banqladeş prezidentinə təbrik
Prezident İlham Əliyev Banqladeş Prezidenti Md. Əbdül Həmidə təbrik məktubu göndərib.
Təbrikdə deyilir: "Hörmətli cənab Prezident, Banqladeş Xalq Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından təbrik edirəm.
Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Banqladeş xalqına sülh və tərəqqi diləyirəm".
AzNews.az