- Köhnə - Siyasət
- 26 Mart 2018 22:00
- 4 638
Aİ-nin sammitində London "Skripalya işi" üzrə dəqiq məlumat vermədi - Mariya Zaxarova
"Avropa Birliyinin keçən həftə baş tutan sammitində, rəsmi Britaniya keçmiş zabit Serqey Skripalya və onun qızının zəhərlənməsi hadisəsi üzrə heç bir konkret informasiya təqdim etmədi".
AzNews.az xəbər verir ki, bu sözləri Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
Qeyd edək ki, İngiltərənin Solsberi şəhərində mart ayının 4-də Britaniya casusu Serqey Skripal və onun qızı Yuliya zəhərləniblər. London iddia edir ki, Skripalın zəhərlənməsində Rusiya istehsalı olan A234 maddəsindən istifadə olunub. Rusiya tərəfi isə bunu qəti surətdə inkar edir.