QH Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə dəstək ifadə etdi - Final sənədi

"Nazirlər təəssüflə bildirirlər ki, BMT-nin 4 qətnamə qəbul etməsinə baxmayaraq, Azərbaycan və Ermənistan arasında münaqişə həll olunmamış qalır və beynəlxalq və regional sülh və təhlükəsizliyə təhdid olaraq qalmaqda davam edir".

AzNews.az APA-a istinadən xəbər verir ki, bu barədə Qoşulmama Hərəkatının (QH) Bakıda keçirilmiş aralıq nazirlər konfransının Final sənədində deyilir.

Sənəddə bildirilir ki, nazirlər BMT Xartiyasında qeyd olunan güc tətbiq etməmə prinsipinin vacibliyini də qeyd edirlər.