Mərkəzi Asiya regionu üçün Rusiya aktuallığını itirir: Qərbə yaxınlaşır - Mübariz Əhmədoğlu

Mərkəzi Asiya regionunda bir-biri ilə əlaqəli 3 proses yanaşı gedir.

ı. Region dövlətlərinin liderləri arasında şəxsi münasibətlər yaxşılaşır.

Bu məsələdə əsas rol Özbəkistanda prezident dəyişikliyinə məxsusdur. Yeni prezident Ş.Mirziyayev regionun bəzi qonşu dövlətlərinə(Qırğızıstan və Tacikistan) güzəştli münasibət təqdim edir. Qazaxıstan və Türkmənistanla normal siyasət aparır. Ş.Mirziyayevin belə siyasəti Qazaxıstan prezidenti N.Nazarbayev tərəfindən üstün dəyərləndirilib. N.Nazarbayev Novruz bayramını bütün ənənələri ilə birlikdə qeyd etmək üçün Səmərqənd (Özbəkistan) şəhərinə gəldi. Eks-prezident İ.Kərimovun məzarını ziyarət etdi. Ş.Mirziyayevlə birlikdə Novruzşənliklərində iştirak etdi. Qazaxıstan və Özbəkistan dini ənənə və prosedurlarıda eyniləşdirmək niyyətindədirlər. Bu barədə sənəd imzalandı. Tacikistanın prezidenti İ.Rəhmonun Qazaxıstan prezidenti N.Nazarbayev və Özbəkistan prezidenti Ş.Mirziyayevə söylədiyi difiramblara aldığı reaksiyayaxınlarda Tacikistanda ciddi iqtisadi proseslərə səbəb ola bilər.

ıı. Region dövlətləri RF-lə münasibətlərdə prioritetliyi aradan qaldırırlar.

Region dövlətlərinin liderləri arasındakı isti münasibətlər regionun Rusiyadan uzaqlaşmasını xeyli sürətləndirə bilər. AİB üzvü olan Qazaxıstan ABŞ-la viza rejimini ləğv etdi. Bu, faktiki Rusiyanı ABŞ-la vizasız rejim elan etməsi anlamındadır. RF Xİ naziri S.Lavrov etiraz etsədə Qazaxıstanın Xarici İşlər Nazirliyi viza məsələlərini müstəqil həll etmək Qazaxıstanın suveren hüququnun olduğunu bəyan etdi. Özbəkistan aviadaşımalarda Rusiyanın şərtlərini rədd etdi. Qırğızıstan “milis” sözünü “ polis” sözü ilə əvəzləyir.

ııı. Region Qərbə doğru irəliləyir.

Astanada region dövlətlərinin sammiti keçirildi. Türkmənistan prezidenti Q.Berdıməhəmmədovdanbaşqa bütün liderlər iştirak etdi. Türkmənistanı rəsmən parlamentin spikeri,xanım Ağca Nurberdıyeva təmsil etdi. Q.Berdıməhəmmədovu oğlu S.Berdıməhəmmədov atasının adından N.Nazarbayevə şəxsi məktub gətirdi. Bu təklifin ideya dəstəkçisi ABŞ Dövlət Departamenti idi. Daşkənddə Əfqanıstandakı vəziyyətə həsr olunmuş beynəlxalq konfrans keçirildi. Aİ-nin xarici siyasət məsələləri üzrə Moqerini və ABŞ Dövlət Katibinin siyasi məsələlər üzrə müavini Tomas Şennon iştirak edirdilər. Bu konfransda əsas ideya müəllifliyi Aİ-yə məxsus idi.

Mübariz Əhmədoğlu

AzNews.az