- Köhnə - Siyasət
- 12 Aprel 2018 23:35
- 4 711
Elmar Məmmədyarov və Sergey Lavrov arasında telefon danışığı olub

Azərbaycan və Rusiya XİN rəhbərləri Elmar Məmmədyarov və Sergey Lavrov arasında telefon danışığı olub.
AzNews.az Rusiya XİN-in saytına istinadən verdiyi xəbərə görə, nazirlər Xəzəryanı dövlətlərin 5-ci sammitinə dair hazırlıq işini müzakirə ediblər.
Qeyd edək ki, sammitin cari ildə Qazaxıstanda keçirilməsi nəzərdə tutulur. Sammitdə Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyanın imzalanacağı gözlənilir.