- Köhnə - Siyasət
 - 19 Aprel 2018 15:03
 - 4 673
 
Prezident Corc Buşa başsağlığı verdi
            Prezident İlham Əliyev Amerika Birləşmiş Ştatlarının 41-ci Prezidenti Zati-aliləri cənab Corc Herbert Uoker Buşa başsağlığı məktubu yollayıb.
AzNews.az xəbər verir ki, məktubda deyilir:
"Zati-aliləri,
Həyat yoldaşınız xanım Barbara Buşun vəfatı xəbəri məni son dərəcə kədərləndirdi. Bu ağır anlarda dərdinizi bölüşür, əvəzsiz itki ilə əlaqədar sizə, ailənizin bütün üzvlərinə dərin hüznlə başsağlığı verirəm".