Azərbaycanın yeni kənd təsərrüfatı naziri təyin edilib. Azərbaycanın yeni kənd təsərrüfatı naziri təyin edilib.

Heydər Əsədovun yerinə o gəldi - Tərcümeyi-hal

Azərbaycanın yeni kənd təsərrüfatı naziri təyin edilib.

AzNews.az-ın məlumatına görə, bu gün Prezident İlham Əliyev Nazirlər Kabinetinin yeni tərkibi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, İnam İmdad oğlu Kərimov yeni kənd təsərrüfatı naziri təyin edilib.

Buna qədər isə kənd təsərrüfatı naziri Heydər Əsədov idi.

İnam Kərimov 6 iyun 1977-ci ildə Bakı şəhərində anadan olub. 1984-1994-cü illərdə Bakı şəhərində Humanitar fənlər Gimnaziyasında təhsil alıb. 1994-1995-ci illərdə ABŞ-ın İndiana ştatında Richmond High School-da təhsilini davam etdirib. 1995-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsinə qəbul olunub. 1998-2000-ci illərdə Fransanın Strasburq Universitetində Hüquq üzrə bakalavr, 2000-2002-ci illərdə isə Sarbonna Universitetində hüquq üzrə magistr təhsili alıb.

2002-2004-cü illərdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında məsləhətçi, 2004-2012-ci illərdə baş məsləhətçi vəzifələrində çalışıb. 2005-2012-ci illərdə Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının katibi olub.

2005-2012-ci illərdə Avropa Şurasının Korrupsiyaya qarşı Dövlətlər Qrupunda (GRECO) Azərbaycan Respublikasının nümayəndə heyətinə rəhbərlik edib.

Azərbaycan Respublikasının Prezidentinin 7 sentyabr 2012-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri təyin edilib.

Prezidentin 2018-cil il 21 aprel tarixli sərəncamı ilə İ.İ.Kərimov Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri vəzifəsindən azad edilib.

"Azərbaycan Respublikasında turizmin inkişaf etdirilməsi ilə bağlı bir sıra tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 27 dekabr tarixli 1179 nömrəli Fərmanı ilə tərkibi təsdiq edilən Azərbaycan Respublikası Turizm Şurasının üzvüdür.

"Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 iyul tarixli 2199 nömrəli Sərəncamı ilə tərkibi təsdiq edilən Komissiyanın üzvüdür.

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 apel tarixli 1984 nömrəli Sərəncamı ilə tərkibi təsdiq edilən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Müşahidə Şurasının üzvüdür.

Sarbonna Universitetində hüquq üzrə doktor (docteur en droit) elmi dərəcəsi alıb.

İngilis, fransız, fars və rus dillərini bilir.

Evlidir, iki övladı var.