- Köhnə - Siyasət
- 21 Aprel 2018 19:50
- 10 279
Abid Şərifov yeni tərkibdə yer almadı

Prezident İlham Əliyev aprelin 21-də Nazirlər Kabinetinin yeni tərkibi haqqında sərəncam imzalayıb.
AzNews.az xəbər verir ki, Abid Şərifov, Elçin Əfəndiyev və İsmət Abbasov hökumətin yeni tərkibində yer almayıb.
A.Şərifov 1995-ci ildən Baş nazirin müavini vəzifəsində işləyib. E.Əfəndiyev 1993-cü ildən, İ.Abbasov isə 2013-cü ildən Baş nazirin müavini vəzifəsində çalışırdı.