Etiraf etmək lazımdır ki, Ermənistanda baş verən ən son proseslər Türkiyə ilə bağlı olayları, hətta bu ölkədə yaxın müddətdə baş tutacaq prezident seçkilərini belə arxa plana keçirib. Bunun özəl səbəbləri də var. Nəinki Türkiyənin özündə, hətta Azərbaycanda da prezident Rəcəb Tayib Ərdoğanın şansları o qədər yüksək dəyərləndirilir ki, insanlar, necə deyərlər, məsələni bitmiş hesab edirlər. Etiraf etmək lazımdır ki, Ermənistanda baş verən ən son proseslər Türkiyə ilə bağlı olayları, hətta bu ölkədə yaxın müddətdə baş tutacaq prezident seçkilərini belə arxa plana keçirib. Bunun özəl səbəbləri də var. Nəinki Türkiyənin özündə, hətta Azərbaycanda da prezident Rəcəb Tayib Ərdoğanın şansları o qədər yüksək dəyərləndirilir ki, insanlar, necə deyərlər, məsələni bitmiş hesab edirlər.

Türkiyə bizə daha nədə yardımçı ola bilər?

Etiraf etmək lazımdır ki, Ermənistanda baş verən ən son proseslər Türkiyə ilə bağlı olayları, hətta bu ölkədə yaxın müddətdə baş tutacaq prezident seçkilərini belə arxa plana keçirib. Bunun özəl səbəbləri də var. Nəinki Türkiyənin özündə, hətta Azərbaycanda da prezident Rəcəb Tayib Ərdoğanın şansları o qədər yüksək dəyərləndirilir ki, insanlar, necə deyərlər, məsələni bitmiş hesab edirlər.

Di gəl, nə olursa-olsun, Türkiyə və bu ölkədəki proseslər bizim üçün çox önəmlidir. Bunu dövlət başçısının seçkidən sonra ilk səfərini Ankaraya və Londona etməsi də bir daha aydın şəkildə göstərdi. Bu səfərlərlə ölkə başçısı əslində Azərbaycanın əsas siyasi və iqtisadi tərəfdaşlarını bir daha vurğulamış oldu.

Ümumi konteksdən bir az kənara çıxsa da, qeyd edək ki, vacib səfərlər sırasında, xüsusən ikinci səfərin başqa bir ölkəyə deyil, məhz Böyük Britaniyaya gerçəkləşdirilməsi Rusiya – Britaniya münasibətlərinin indiki çağında xüsusilə mənalı idi – bununla rəsmi Bakı bir daha göstərdi ki, xarici siyasət prioritetlərindən çıxış edərkən birinci növbədə ölkənin öz maraqlarını əsas götürür.

O ki qaldı Türkiyəyə, bu haqda əlavə nəsə demək belə artıqdır, sadəcə, səfər gedişində vurğulanan fikri yada salmaq yetər: Dünyada Türkiyəylə Azərbaycan qədər iki yaxın dövlət tapmaq olduqca çətindir...

Seçkilərə gəldikdə isə, müxalifət düşərgəsində qələbəliklə yanaşı, bir pərakəndəlik də duyulur. Xüsusən, parlamentdə təmsil olunan üç əsas partiyadan birinin – MHP-nin də Ərdoğana dəstək verməsi çox şey deyir.

Üstəlik, bu günə qədər aparılan siyasət, ələlxüsus da Türkiyənin regionda getdikcə artan rolu hakim partiyanın aktivinə yazıla bilən uğurlardandır. Düzdür, tənqidlər də az səslənmir – istər korrupsiya ilə bağlı olsun, istərsə də ölkənin xarici siyasətilə bağlı. Amma harada yoxdur bunlar? Bu saat hansı ölkəyə baxırsan, sanki qazan kimi qaynayır...

Hətta Afrin əməliyyatları ilə bağlı müxtəlif qiymətləndirmələr də səslənir. Bəziləri Türkiyənin bir neçə ayın ərzində yalnız bir bölgədə irəliləyə bilməsini elə də böyük uğur saymır. Təbii ki, bu yönümdə hər hansı polemika açmaq niyyətində deyilik. Sadəcə, onu demək istəyirik ki, terrorla mücadilə, partizan qrupları ilə savaş, özü də yad bir ölkədə, olduqca çətin məsələdir. Məsələn, SSRİ kimi qüdrətli dövlət üçün Əfqanıstan bataqlığa çevrildi...

Ona görə də Afrin əməliyyatları zamanı olduqca narahat idik, çünki bu əməliyyatlar da Ankara üçün bataqlığa çevrilə bilərdi. Amma şükür ki, belə olmadı.

Çox təəssüf ki, regionda sezilməkdə olan yeni koalisiya – Rusiya, Türkiyə və İran formatı yetərincə formalaşa bilmədi. Buna ilk növbədə daxili ziddiyyətlər, Kremlin Suriyada da “birinci skripka” olmaq istəyi mane oldu. Afrin terrorçulardan təmizlənən kimi Kreml Ankaradan bölgəni Əsədə qaytarmağı tələb etdi. Ardınca isə ABŞ prosesə nöqtəsini qoydu - sanki Suriyadakı “raket atəşfəşanlığı” tək ona işarə idi ki, “prosesi bitirməyə heç tələsməyin, biz də buradayıq...”.

İndi də hamı mayın 12-ni gözləyir. Bu tarixdə Donald Tramp İranla nüvə razılaşması ilə bağlı son qərarını açıqlayacağını bildirib. Avropa ölkələri məsələdə ABŞ-dan fərqli siyasət yürüdür, amma Yaxın Şərq məsələlərində Vaşinqton daha çox Təl-Əvivi eşidir və belə vəziyyət son vaxtlarda - Tramp hakimiyyətə gələndən sonra daha qabarıq olubdur.

Bizim üçün hər iki ölkə - İsrail də, İran da çox önəmlidir. İsrail əsas hərbi - ticari partnyorlarımızdan biridir və ABŞ-ın Rusiyadan silah-sursat alan ölkələrə sanksiya xəbərdarlığından sonra onun önəmi bizim üçün xüsusilə artıb. Təbii, yəhudi lobbisi, İsraillə Azərbaycanın mədəni-tarixi bağlılığı da önəmli amillərdir.

İran da aydın məsələdir. Həm bilavasitə cənub qonşumuzdur, həm burada milyonlarla azərbaycanlı yaşayır, həm də bizi onunla mədəni və hətta dini bağlar birləşdirir. Üstəlik, İranda böyük təlatüm heç şübhəsiz ki, bizim üçün böyük humanitar sarsıntılar olardı. Eləcə də bu ölkəylə ticari və iqtisadi əlaqələrimiz az önəm kəsb etmir. Tək Şimal - Cənub dəhlizinə Azərbaycan 500 milyon dollar investisya yatırmağı düşünür...

Təbii ki, bütün bunlar bizim maraqlarımızı yetərincə aydın cızır – biz İran ətrafında da sülhün və sabitliyin bərqərar olmasında maraqlıyıq.

Konkret siyasətimizi isə düşünürük ki, Ankara ilə məsləhətləşərək həyata keçirməliyik - bunu həm də bizim strateji müttəfiqliyimiz diqtə edir. Həmçinin, regional məsələlərdə Ankara maksimum dərəcədə müstəqil siyasət yürütməyə çalışır ki, elə bunun özü də bizi risklərdən sığortalayan əsas amillərdən biri ola bilər.

Qərəz, istər yaxın, istərsə də nisbətən uzaq çevrəmiz çox dinamik proseslərlə zəngindir. Hər birilə bağlı qərar qəbul etmək lazım gəlir, çünki siyasət özü böyük hesabla qərar qəbul etmək sənətidir. Sadəcə, bu qərarlar düzgün və yerində qəbul edilməlidir, çünki səhv etmək haqqımız yoxdur...

Hüseynbala Səlimov