ABŞ lideri Donald Tramp Şimali Koreya lideri Kim Çen Inlə görüşməyə hazırlaşdığını və Kimin amerikalı məhbusları sərbəst buraxdığını açıqlayıb. ABŞ lideri Donald Tramp Şimali Koreya lideri Kim Çen Inlə görüşməyə hazırlaşdığını və Kimin amerikalı məhbusları sərbəst buraxdığını açıqlayıb.

Amerikalı məhbuslar sərbəst buraxıldı

ABŞ lideri Donald Tramp Şimali Koreya lideri Kim Çen Inlə görüşməyə hazırlaşdığını və Kimin amerikalı məhbusları sərbəst buraxdığını açıqlayıb.

AzNews.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Twitter hesabından xarici işlər naziri Mayk Pompeonun Şimali Koreyaya etdiyi səfərin ilk nəticəsini açıqlayıb. Tramp Şimali Koreyada saxlanılan üç ABŞ vətəndaşının sərbəst buraxıldığını bəyan edib.

Sərbəst buraxılanların sağlamlıq vəziyyətinin yaxşı olduğunu ifadə edən Tramp hal-hazırda üçünün də Pompeo ilə Şimali Koreyadan döndüyünü söyləyib.

Xarici işlər naziri Pompeo paytaxt Pxenyanda Şimali Koreya lideri Kim Çen In ilə bir araya gəlib.