Peru Respublikasının Prezidenti Martin Vizkarra Kornexo Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Peru Respublikasının Prezidenti Martin Vizkarra Kornexo Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Peru lideri İlham Əliyevə məktub göndərdi - Foto

Peru Respublikasının Prezidenti Martin Vizkarra Kornexo Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

AzNews.az xəbər verir ki, təbrik mətnində deyilir:

"Zati-aliləri cənab Prezident.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi Peru Hökuməti və xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Ali dövləti fəaliyyətinizdə Sizə yeni-yeni uğurlar diləyir, Peru ilə Azərbaycan arasında siyasi, diplomatik, iqtisadi, ticari əlaqələrin, dostluq və əməkdaşlıq münasibətlərinin daha da möhkəmlənməsini arzu edirəm.

Zati-aliləri, Sizə bir daha dərin hörmət və ehtiramımı bildirirəm".