'Bunu bir daha ifadə etmək istəyirəm ki, etnik mənşəyi, dili, inancı və siyasi fikiri nə olursa olsun, bu ölkədə hər kəs əsrlərdir olduğu kimi bundan sonra da bərabərlik, dostluq, hörmət və sevgi hissləri əsasında, qardaşca yaşamağa davam edəcək' 'Bunu bir daha ifadə etmək istəyirəm ki, etnik mənşəyi, dili, inancı və siyasi fikiri nə olursa olsun, bu ölkədə hər kəs əsrlərdir olduğu kimi bundan sonra da bərabərlik, dostluq, hörmət və sevgi hissləri əsasında, qardaşca yaşamağa davam edəcək'

Abdullah Güldən bayram təbriki

'Bunu bir daha ifadə etmək istəyirəm ki, etnik mənşəyi, dili, inancı və siyasi fikiri nə olursa olsun, bu ölkədə hər kəs əsrlərdir olduğu kimi bundan sonra da bərabərlik, dostluq, hörmət və sevgi hissləri əsasında, qardaşca yaşamağa davam edəcək'





Türkiyə prezidenti Abdullah Gül Novruz bayramı münasibəti ilə hər kəsi təbrik edib. Prezident Gül, bayram təbrikində Novruzun birləşdirici mənada Türk mədəniyyətində xüsusi bir yeri olduğunu qeyd edərək, Novruzu həmişə birlikdə qarşılamanın və qeyd etmənin xoşbəxtliyinin yaşandığını vurğulayıb.
         Ən qədim bayramlardan olan Novruzun özündə əks etdirdiyi dəyərlərlə Türk dünyasında və geniş bir coğrafiyada əsrlər boyunca qeyd olunduğuna diqqəti çəkən Gül, bu özəlliyi ilə Novruzun, Asiyadan Balkanlara, Orta şərqdən Anadoluya qədər böyük bir coğrafiyada xalqları bir-birinə bağlayan, yaxınlaşdıran və qovuşduran bir bağ olduğunu ifadə edib.
         Təbiətin canlanmasını, baharın gəlişini, bolluğu, bərəkəti, dostluğu, həmrəyliyi xarakterizə edən Novruzun, eyni zamanda sülhə və qardaşlığa edilən bir çağırış olduğunu vurğulayan Gül fikirlərini belə davam edirib:
         `` Novruz, çətinliklərin uzaq bir şəkildə, hər seqmentdən insanın iştirakı ilə, rahatlıq içərisində, coşğuyla qeyd olunması lazım olan bir bayramdır. Bayramlar, qarşılıqlı sevgi və hörmətin ifadə edilməsinə, birlik və birliyin bərkiməsinə səbəb olan günlərdir. Fərqlilikləri və çoxçeşidliliyi, bütün mədəni dəyərləri ilə bir bütün olduğumuzu xatırladan Novruzu, tarixin süzgəcindən keçərək günümüzə çatan ənənələrinə və ruhuna uyğun şəkildə yaşatmalıyız. Novruz bayramı bu il, müsbət inkişafların meydana gəldiyi, daha yaxşı bir gələcəyə çatma yolunda ümidlərin yeniləndiyi bir dövrdə qeyd edilir. Bundan da ayrıca məmnuniyyət duyuram. Bu səbəblə söz-söhbətdən qaçınılması mövzusunda lazım olan həssaslığın göstərilməsi vacibdir. Sülh və dinclik mühitini qorumaq, qardaşlığı, birlik və birliyimizi gücləndirmək və bu yolda səmimiyyətlə səy göstərmənin ölkəmizin gələcəyi naminə hər kəsə düşən ən əhəmiyyətli məsuliyyət olduğunu yenidən xatırlatmaqda fayda görürəm. Bunu bir daha ifadə etmək istəyirəm ki etnik mənşəyi, dili, inancı və siyasi fikiri nə olursa olsun, bu ölkədə hər kəs əsrlərdir olduğu kimi bundan sonra da bərabərlik, dostluq, hörmət və sevgi hissləri əsasında, qardaşca yaşamağa davam edəcək. Tarix boyunca həssaslıqla qoruduğumuz birlik və bərabərliyimiz, qardaşlığımız millətimizi hər zaman güclü edəcək.``
                 
         Türkiyənin prezidenti Abdulla Gül bayram təbrikini bu ifadələri ilə yekunlaşdırıb: `` Türkiyə problemlərini öz iradəsiylə, demokratiya və hüquq içərisində qalaraq ən irəli ölkələrin standartlarını həyata keçirərək həll edəcək. Bu vasitə ilə problemlər qarşısında qalıcı çarələr və həllər çıxararaq, böyük bir inamla xoşbəxt, dinc, çiçəklənən sabahları həmişə birlikdə qarşılayacağımıza olan inancımı ifadə etmək istəyirəm. Bütün vətəndaşların, bu ortaq coşğunu Anadolunun hər yerində olduğu kimi bir çox başqa ölkədə də bizlərlə paylaşan bütün xalqların Novruz bayramını təbrik edirəm. Novruzun dinclik, barış və xoşbəxtliyin suveren olduğu daha gözəl günlərin başlanğıcı olmasını, bu müstəsna bayramın özündəki dəyərlərin bütün cəmiyyətimizi əhatə etməsini diləyirəm.``

Xəyalə Məmmədova
AzNews.az