“Xalq böyük səbirsizliklə gözləyir ki, iki gün camaatın başına bu müsübəti gətirənlər kimlərdir və onlara nə cəza veriləcək?” “Xalq böyük səbirsizliklə gözləyir ki, iki gün camaatın başına bu müsübəti gətirənlər kimlərdir və onlara nə cəza veriləcək?”

“Böyük bir struktur cəzalandırılmalıdır” - Deputat

“Xalq böyük səbirsizliklə gözləyir ki, iki gün camaatın başına bu müsübəti gətirənlər kimlərdir və onlara nə cəza veriləcək?”

Bunu AzNews.az-a açıqlamasında Milli Məclisin deputatı Fəzail İbrahimli Prezident İlham Əliyevin Mingəçevirdə baş vermiş qəza ilə bağlı keçirdiyi müşavirəni şərh edərkən deyib. Onun sözlərinə görə, hazırda Azərbaycan xalqının ağılı kəsən, özünü dərk edən hər bir nümayəndəsi bu iki sualın cavabını gözləyir:

“Prezident baş vermiş hadisəyə ciddi, obyektiv münasibət bildirdi. Məsələ tam aydındır. Azərbaycanda baş vermiş bu olaylarda günah kimdədir sualı açıq şəkildə ortaya qoyuldu. Bu suala da cavab axtarıldı. Cavab tapılan ərəfədə nəinki bir-iki, hətta böyük bir struktur cəzalana bilər. Özü də ciddi cəzalandırılmalıdır. Ona görə ki, digər məmurlar nəticə çıxarsın. Hər kəs öz işində məsuliyyətli olmalıdır. Gəlişigözəl sözlərlə iş baş tutmur.

F.İbrahimli əlavə etdi ki, Prezidentin hadisəyə reaksiyası tamamiylə məqbul və xalqın ürəyindən gələn fikirlərin ifadəsi idi. Prezidentin qoyduğu məsələnin cavabı tapılıb həll olunmalıdır. Xalq, millət bunu gözləyir. Bu gələcək üçün böyük mesajdır.

Bahar RÜSTƏMLİ
AzNews.az