İrana qarşı ABŞ sanksiyalarının yenidən bərpası regionda Tehranla əlaqəsi daha mütəşəkkil olan ölkələrə mənfi təsir göstərəcək. Bu fikir erməni ekspert Karen Veranyana məxsusdur. Məlum olduğu kimi, Azərbaycan tərəfindən blokadaya alınmış Ermənistan sosial-iqtisadi böhran içindədir və İranla ticarət əlaqələrinin kəsilməsi həmin böhranı daha da dərinləşdirəcək. Bu gerçəkliyi nəzərə alan Veranyanın fikrincə, Ermənistanı sanksiyalar qarşılığında böyük iqtisadi təhlükələr gözləyir: «Bu, ilk növbədə, mühəndislik və informasiya texnologiyaları sahəsi üzrə işləyən şirkətlər üçün narahatlıq yaradacaq. İkincisi isə əlbəttə ki, daha çox vacib olan qaz və neft bazarına təsir göstərəcək». İrana qarşı ABŞ sanksiyalarının yenidən bərpası regionda Tehranla əlaqəsi daha mütəşəkkil olan ölkələrə mənfi təsir göstərəcək. Bu fikir erməni ekspert Karen Veranyana məxsusdur. Məlum olduğu kimi, Azərbaycan tərəfindən blokadaya alınmış Ermənistan sosial-iqtisadi böhran içindədir və İranla ticarət əlaqələrinin kəsilməsi həmin böhranı daha da dərinləşdirəcək. Bu gerçəkliyi nəzərə alan Veranyanın fikrincə, Ermənistanı sanksiyalar qarşılığında böyük iqtisadi təhlükələr gözləyir: «Bu, ilk növbədə, mühəndislik və informasiya texnologiyaları sahəsi üzrə işləyən şirkətlər üçün narahatlıq yaradacaq. İkincisi isə əlbəttə ki, daha çox vacib olan qaz və neft bazarına təsir göstərəcək».

Ermənistanı gözləyən ən sərt qış: ABŞ-ın sanksiyaları İrəvanı necə donduracaq? - Tanınmış siyasi analitik açıqlayır

İrana qarşı ABŞ sanksiyalarının yenidən bərpası regionda Tehranla əlaqəsi daha mütəşəkkil olan ölkələrə mənfi təsir göstərəcək. Bu fikir erməni ekspert Karen Veranyana məxsusdur. Məlum olduğu kimi, Azərbaycan tərəfindən blokadaya alınmış Ermənistan sosial-iqtisadi böhran içindədir və İranla ticarət əlaqələrinin kəsilməsi həmin böhranı daha da dərinləşdirəcək. Bu gerçəkliyi nəzərə alan Veranyanın fikrincə, Ermənistanı sanksiyalar qarşılığında böyük iqtisadi təhlükələr gözləyir: «Bu, ilk növbədə, mühəndislik və informasiya texnologiyaları sahəsi üzrə işləyən şirkətlər üçün narahatlıq yaradacaq. İkincisi isə əlbəttə ki, daha çox vacib olan qaz və neft bazarına təsir göstərəcək».

Veranyanın şərhinə görə, sanksiyalar təkcə İran şirkətlərinə deyil, həm də İran ərazisində fəaliyyət göstərən bütün qurumlara şamil ediləcək. Erməni ekspertin təxminlərinə görə, bütün bunlar bu yaxınlarda Sünikdə açılan «Meğri» azad iqtisadi zonasına da təsirsiz ötüşməyəcək.

Əlbəttə, Verenyanın əndişəsi səbəbsiz deyil. O sadə səbəbə görə ki, ABŞ-ın sanksiyalarının işə düşməsindən sonra Ermənistanın qarşısında faktiki olaraq üç yol var: a) Rəsmi İrəvan İranla maliyyə-ticarət əlaqələrini davam etdirə və bunun qarşısında ABŞ-ın qəzəbinə tuş gələ bilər; b) Ticarət əlaqələrini qeyri-rəsmi müstəviyyə çəkib, dövlət olaraq qaçaqmalçılıq etməlidir. Bu halda da dövlət olaraq beynəlxalq səviyyidə cinayətdə suçlanacaq; c) Sanksiyalara riayət edib İranla əlaqələrini kəsməlidir. Bu variant Ermənistanı iqtisadi baxımdantam iflasa aparır.

Bəs, bu cür ağır risklər qarşısında Ermənistan bu addımlardan hansını ata bilər?

Bu barədə AzNews.az saytına danışan siyasi icmalçı Hüseynbala Səlimov bildirir ki, ABŞ-ın sanksiyaları təkcə İranın özünü əhatə etsəydi, bu qədər diqqət çəkməzdi. Amma indi elə vəziyyət yaranıb ki, məsələ nəinki region və subregion dövlətlərinin, hətta uzaq Avropa ölkələrinin əsas qayğısına çevrilib. Onlar hamısı sanksiyaların təsrini özləri üçün azaltmağın və heç olmasa, bunu minimuma endirməyin yollarını arayırlar:

"Fəqət, burada bir məsələ var. Rusların məşhur məsəlində deyildiyi kimi: Xoşbəxtlik yox idi, bədbəxtlik kömək etdi”. Bəli, söhbət sanksiyaların Ermənistana təsirindən gedir. Bəlli olduğu kimi, regionda Ermənistanın iki çıxışı var: İran və Gürcüstan. İrəvanın iqtisadi–ticari əlaqələri əsasən bu iki ölkə ilə bağlıdır.

Maraqlısı nədir? Biz daim qeyd edirik ki, əgər həmin iki ölkə Ermənistanla əməkdaşlığını məhdudlaşdırsa, o halda bizim İrəvana qarşı apardığımız təcridetmə siyasətinin effekti bir az da artar. İndi regiondakı geosiyasi tendensiya bizə belə şans verir – bütün hallarda Ermənistan İranla əlaqələrini məhdudlaşdırmaq məcburiyyətində qalacaq. Bu isə onsuz da çökmüş Ermənistan iqtisadiyyatı üçün daha bir zərbə olacaq. Rusiya da bu məsələdə öz müttəfiqinə yardmçı olmaq gücündə deyil.

Hüseynbala Səlimov Rusiyanın hayların hayına çata bilməməsinin səbəblərini belə izah edir:

“Birincisi, Moskvanın özü sanskiya altındadır. İkincisi, Paşinyan hökumətilə Kreml arasındakı anlaşılmazlıq gündən-günə artır. Hətta Rusiyanın Ermənistana satdığı qazı bahalaşdıracağı, bir il bundan öncə silah almaq üçün bu ölkəyə ayırdığı 100 milyon dollarlıq krediti belə dayandıracağı haqda söhbətlər gəzir. Bunlar isə o deməkdir ki, erməniləri təkcə iqlim baxımından deyil, elə sosial-iqtisadi baxımdan da çox sərt qış gözləyir”.

Siyası analitik sözlərinə belə davam edir:

“Təbii ki, sanksiyalar Azərbaycan üçün də tamamilə təsirsiz ötüşməyəcək. Ən çox narahatlıq doğuran Şimal-Cənub dəhlizi istiqamətində görülən işlərin dayandırılmasıdır. Yada salaq ki, biz bu layihəyə 500 milyon dollarlıq investisiya yatırtmışdıq.

Üstəlik, layihə çox perspektivli olmağı vəd edirdi, hətta Hindistan və digər region ölkələri də ona ciddi maraq göstərirdilər”.

Bəs nə etməliyik?

“Çox ehtiyatlı və tədbirli siyasət aparmalıyıq. İlk növbədə Türkiyə ilə bu konteksdə məsləhətləşmələr keçirməliyik. Eyni sual qarşısında Ankara da qalıbdır. ABŞ Türkiyədən də sanksiyalara qoşulmağı tələb edir, gəl, Türkiyə hələki buna müqavimət göstərir.

İkincisi, ABŞ-ın daha yaxın müttəfiqləri olan Avropa ölkələri də ona bu məsələdə hələki dəstək vermir və İranla ticari - iqtisadi əlaqələri davam etdirməkdə israrlı görünürlər vəsiyasətimizi onlarla da koordinasiya edə bilərik.
Bütün hallarda yeni situasiyaya qarşı Azərbaycan iqtisadiyatının immuniteti Ermənistanınkından qat-qat, hətta müqayisəyə gəlməz bir dərəcədə yüksəkdir. Ona görə də vətəndaşlarımızın xüsusi bir narahatlıq keçirmək üçün əsasları yoxdur”- Hüseynbala Səlimov sualı belə cavablandırır.

Analitik hesab edir ki, maraq kəsb edən başqa bir məsələ də var. Bu da Tehranla ABŞ arasındakı ziddiyyətlərin açıq müharibəyə çevrilməsi perspektividir:

Bu ssenari də tamam istisna olumur. İlk növbədə ona görə ki, İran sanksiyaların onun ixrac etdiyi neftə tətbiq olunacağı təqdirdə hətta Hörmüz boğazını bağlayacağı ilə hədələyir. Bu isə açıq hərbi qarşıdurma üçün ən ciddi zəmindir.

Digər yandan, ABŞ-ın regionda ən yaxın müttəfiqi hesab edilən İsrail müharibəyə başlamaqda israr edir. Amma bu yöndə nəticə çıxarmaq hələ tezdir. Çünki Avropa D. Trampın İrana yönəlik siyasətinə hələki dəstək verməyə nəinki tələsmir, hətta buna müqavimət göstərir. ABŞ tələssə, o halda ilin əvvəlində BMT-də Qüds məsələsilə bağlı müzakrələrdə yaşadığı aqibəti təkrar yaşaya bilər: onda Vaşinqtonu cəmi iki–üç dövlət müdafiə etmişdi.

Nəhayət, əlbəttə ki, canlı itkilər məsələsi aktualdır. Hətta ən müasir müharibədə belə bunsuz keçinmək mümkün deyil. Bu isə demokratik ölkələrin yaşadığı ən böyük problemdir. Çünki ABŞ-a gedəcək hər tabut mövcud siyasi administrasiya üçün ciddi başağrısı deməkdir.

“Ona görə də açıq hərbi qarşıdurma ehtimalı azdır, amma hibrid müharibəsi mümkündür. Hazırda İranda ciddi etirazlar müşahidə olunur. İlk böyük etirazlar hələ ötən ilin dekabrında baş vermişdi.

İran hökuməti öz vətəndaşlarının guya on illərlə sanksiya rejiminə alışdığını iddia etsə də, heç də belə deyil: insanlar həm yorulublar, həm də hökumətin apardığı siyasət onları artıq qane etmir və etirazlarda açıq şəkildə hökumətin xarisi siyasi kursu ilə bağlı narazılıq bildirlir, “Bizi Fələstinin problemləri yox, İranın problemləri maraqlandırır!” deyilir."

Pərvanə AĞAZADƏ
AzNews.az