Əvəz Temurxan Lalə Şövkətin görünməməsinə aydınlıq gətirdi Əvəz Temurxan Lalə Şövkətin görünməməsinə aydınlıq gətirdi

“Lalə Şövkət özü bu taktikanı seçib”

Əvəz Temurxan Lalə Şövkətin görünməməsinə aydınlıq gətirdi


"Biz Liberal Partiya olaraq onun tərəfdarıyıq ki, bu seçkilərdə siyasi təşkilatlar, Ziyalılar Forumu, QHT-lər, müstəqil ekspertlər, xüsusən də gənclərin bir araya gəldiyi ümumxalq hərəkatı yaransın".

Bu fikirləri Liberal Partiyanın sədri Əvəz Temurxan AzNews.az-a açıqlamasında dilə gətirib. Nəzərdə tutulan hərəkatın formalaşdırılması baxımından rəhbərlik etdiyi partiyanın real təklifinin olduğunu vurğulayan Ə.Temurxan hesab edir ki, həmin təklifləri yalnız müzakirələr baş tutarsa ictimailəşdirə bilərlər:

"Biz hələlik bunu mətbuata çıxarmaq istəmirik. Müzakirə baş tutmadan bu təklifləri mətbuata çıxarıb bəri başdan narazılıq yaratmaq istəmirik".

Liberal partiyanın lideri Lalə Şövkətin tədbirlərdə və mətbuatda görünməməsinə gəlincə, Ə. Temurxan bildirib ki, belə bir taktikanı Lalə Şövkət özü seçib: "Lalə Şövkət özü bu taktikanı seçib. Lalə xanım gündə mətbuat səhifələrində görünməyə ehtiyac duymur. O, Liberal partiyası vasitəsilə özünün barışdırıcı siyasətini davam etdirir. Kim istəyər barışar, birləşər, bir araya gələr, kim istəməz gəlməz. Əgər qarşılıqlı səmimiyyət, etimad, xoş niyyət olarsa, bu baş tutar. Yalnız birliyi istəməyənlər birləşməmək bəhanəsi axtara bilərlər".

Gültəkin
AzNews.az