- Köhnə - Siyasət
- 31 Avqust 2018 18:12
- 7 064
Prezidentdən yeni rektor təyinatı
Naxçıvan Müəllimlər İnstitutuna rektor təyin edilib.
AzNews.az-ın məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.
Sərəncamla Elbrus Saleh oğlu İsayev Naxçıvan Müəllimlər İnstitutunun rektoru təyin edilib.
Qeyd edək ki, Elbrus İsayev1979-cu ildə Naxçıvan şəhərində anadan olub. 2000-ci ildə Naxçıvan Dövlət Universiteti Tarix-filologiya fakültəsinin tarix ixtisasını, 2002-ci ildə isə həmin universitetin Magistratura səviyyəsini fərqlənmə diplomları ilə bitirib. 2000-2004-cü illərdə Naxçıvan şəhər 11 saylı orta məktəbdə tarix müəllimi kimi fəaliyyət göstərib.
Naxçıvan Dövlət Universiteti Beynəlxalq münasibətlər kafedrasının dosentidir. 2001-ci ildən Universitet Elmi Şurasının üzvüdür. 2008-2012-ci illərdə Naxçıvan Dövlət Universitetinin Magistratura üzrə dekanı vəzifəsində çalışıb. 2006-cı ildə Böyük İpək yolu və Naxçıvan mövzusunda namizədlik dissertasiyası müdafiə edərək tarix üzrə fəlsəfə doktoru alimlik dərəcəsi alıb.Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin İctimai-siyasi şöbəsində redaktor vəzifəsində çalışıb, 50-dən artıq tarixi-siyasi və sənədli televiziya verilişlərinin müəllifidir.