- Köhnə - Siyasət
- 1 Sentyabr 2018 11:53
- 6 439
Soçidə tarixi gün: İlham Əliyev Putinlə təkbətək görüşəcək - Kremldən açıqlama
Rusiya prezidentinin mətbuat katibi Dmitriy Peskov Vladimir Putinlə İlham Əliyevin bu gün Soçidə baş tutacaq görüşü ilə bağlı danışıb.
Rusiya KİV-i xəbər verir ki, Peskov jurnalistlərə açıqlamasında bildirib ki, liderlər əvvəlcə məhdud tərkibdə, daha sonra geniş tərkibdə danışıqlar aparacaqlar. Sənədlər imzalanacaq və dövlət başçıları mətbuata bəyanatla çıxış edəcəklər.
Kremlin mətbuat xidməti bəyan edib ki, Putinlə Əliyev gündəlikdə dayanan ikitərəfli vacib mövzuları müzakirə edəcəklər: “Eyni zamanda, aktual beynəlxalq və regional problematika ilə bağlı fikir mübadiləsi aparılacaq”.
AzNews.az